2019-05-20 16:20:14   |   145 dəfə oxunub

İŞİD 14 ölkədə terror aktları planlaşdırıb


Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirilib. Trend-in məlumatına görə, Türkiyə kəşfiyyat orqanları İŞİD terror təşkilatı mənsublarının yazışmalarını ələ keçirib.

Qeyd olunur ki, yazışmalarda 14 ölkədə terror aktlarının törədilməsi ilə bağlı planlar yer alıb.

Daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu son zamanlarda Türkiyə ərazisində İŞİD-in fəallığının müşahidə olunduğunu demişdi:

"Məhz bununla əlaqədar Türkiyədə təhlükəsizlik tədbirləri əsaslı şəkildə gücləndirilib. Türkiyə kəşfiyyatı terrorçuların və onlardan gələn təhdidlərin aradan qaldırılması üçün fəal işləyir”.




SON XƏBƏRLƏR

2019-06-26
2019-06-25