2019-05-20 16:27:25   |   230 dəfə oxunub

"Ölkə başçısının atdığı hər addım Azərbaycan dövləti və xalqı üçündür" - Ekspert


"Azərbaycan yürütdüyü xarici siyasəti ilə dünya ölkələri arasında yüksək səviyyədə tanınır”.

Bunu "Sherg.az”a açıqlamasında gənc siyasi ekspert Fuad Heydər deyib. Analitik bildirib ki, anti-Azərbaycan qüvvələr məqsədli və qərəzli şəkildə dövlətimizin yeritdiyi siyasətə qarşı çıxırlar: 

"Məlum şəxslər anti-Azərbaycan mövqeyində duran dairələrdən aldıqları qrantlar hesabına ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Əfsuslar olsun ki, "özümüzünkülər”, heç sapı da özümüzdən olmayan baltalar da bu işdə xüsusi canfəşanlıq göstərirlər. Orduxan kimi vətənini satan ünsürlər dövlət başçısı İlham Əliyevin uğurlu daxili və xarici siyasətini əsassız tənqid edirlər. Lakin cənab Prezident bunlara qətiyyən fikir vermədən öz siyasətini uğurla həyata keçirir. Bundan sonra da bu cür davam edəcək. 

Çünki hər addım Azərbaycan dövləti və xalqı üçün atılır. Bir məqamı da qeyd edim ki, xarici qüvvələrin və erməni lobbisinin Azərbaycanda keçiriləcək futbol oyunlarına qarşı qərəzli yanaşmasına baxmayaraq, UEFA tərəfindən tolerant ölkə olan Azərbaycana heç bir sıxıntı yaradılmadı. Bu da Azərbaycanın dünya ictimaiyyətində necə tanınmasının bariz nümunəsidir”.

İsmayıl




SON XƏBƏRLƏR

2019-06-26
2019-06-25