2019-05-20 16:32:09   |   272 dəfə oxunub

Qəbələdə qətl: Ər arvadının başını kəsdi


Qəbələdə qətl törədilib.

ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Mirzəbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Cəsarət Ağalar oğlu İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Ülviyyə Rasim qızı İbrahimovanın bıçaqla baş və boğazını kəsib. Nəticədə çoxlu qan itirən qadın hadisə yerində ölüb.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.




SON XƏBƏRLƏR

2019-06-26
2019-06-25