2019-05-20 16:41:00   |   188 dəfə oxunub

"Avroviziya" təşkilatçıları da səslərini çıxarsınlar - Azərbaycana qarşı təxribat törədənlər cəzalandırılmalıdır - FOTO

Deputat: "Qarşımızdakı düşmənlər və ermənipərəst mərkəzlər hər fürsətdə milli məqsələrimizə zərbə vurmağa çalışırlar"








"Avroviziya" yarışmasında ölkələrin xəritəsi nümayiş etdirilərkən Azərbaycan xəritəsində Naxçıvan və Dağlıq Qarabağ olmayıb. Bu tarixi torpaqlar Ermənistanın xəritəsində yer alıb. İTV məsələ ilə bağlı Avropa Yayım Birliyinə etiraz edib və rəsmi izahat tələb olunub.

Adətən ölkəmizdə beynəlxalq tədbirlər keçirilən zaman bəzi qüvvələr ürək bulandırmaq məqsədilə bu cür təxribat xarakterli əməllərə əl atırlar. Təbii ki, belə hallar baş verən zaman müəyyən tədbirlər görülür. Buna baxmayaraq ölkəmizin uğurlarını gözü götürməyən qüvvələr neqativ əməllərindən əl çəkmirlər.

Azərbaycana qarşı vaxtaşırı belə təxribatlara yol verildiyini deyən millət vəkili Hikmət Babaoğlu baş verənlərin təsadüfi olmadığını dedi:

"Beynəlxalq tədbirlərin təşkil olunması zamanı hansısa anti-Azərbaycançı güc mərkəzləri təhriflərə yol verməklə nəyəsə nail olmağa çalışırlar. Əlbəttə biz bu olanlara qarşı ciddi mübarizə aparmalıyıq və aparırıq da. Digər tərəfdən isə bu hadisə bir daha onu göstərir ki, bütün hallarda azərbaycanlı olaraq hər birimiz ümummilli maraqlar və məqsədlər naminə birgə fəaliyyət göstərməliyik. Çünki qarşımızdakı düşmənlər və ermənipərəst mərkəzlər hər fürsətdə milli məqsələrimizə zərbə vurmağa çalışırlar. Təbii ki, belə hadisələr baş verən zaman dərhal müvafiq qurumlar kəskin reaksiyalar verməlidirlər və bunu edirlər. Amma məsələ ondadır ki, bu tipli monipulyasiyaları əvvəlcədən proqnozlaşdırmaq mümkün olmadığı üçün önləyici tədbirlər görə bilmirik. Ona görə də bəzən belə neqativ sürprizlərlə üz-üzə qalırıq”.

Deputat qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü BMT, Avropa İttifaqına üzv olan ölkələr və bütün beynəlxalq təşkilatlar tərəfindən tanınır:

"Bu olanlar "Avroviziya" müsabiqəsini təşkil edənlərin özlərinə qarşı biz təxribatıdır. Biz hər zaman deyirik ki, idmanı, musiqini, mədəni dəyələri siyasətə aid etmək olmaz. Ona görə də belə hallara Azərbaycan etiraz edirsə, bir o qədər də "Avroviziya" təşkilatçıları etiraz etməlidirlər. Hadisənin necə baş verdiyini araşdıraraq bunu edənlər cəzalandırmalıdırlar ki, bir də belə hallara yol verilməsin. Əks təqdirdə musiqi müsabiqəsi kimlərinsə siyasi məqsədlərini həyata keçirən bir platforma olacaq”.

Yeganə Bayramova




SON XƏBƏRLƏR

2019-06-25