2019-05-20 23:52:43   |   125 dəfə oxunub

Yevlaxda qəza: Avtomobil 54 yaşlı kişini evinin qarşısında vurub


Yevlaxda avtomobil 54 yaşlı kişini evinin qarşısında vurub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə axşam saatlarında Yevlax şəhərində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobil yerli sakin, 1965-ci il təvəllüdlü Maqsud Quliyevi yaşadığı evin önündə vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.






SON XƏBƏRLƏR

2019-06-20