2019-05-21 01:16:40   |   150 dəfə oxunub

Savaşın ayaq səsləri eşidilir

ABŞ və İran arasında gərginlik pik nöqtəyə çatıb



ABŞ və İran arasında artan gərginliklə bağlı şərhlər gəlməkdədir. Dünyanın nəfəsini tutaraq izlədiyi gərginlikdə sanki savaşın ayaq səsləri eşidilir.

İran Atom Enerji Təşkilatı zənginləşdirilmiş uran istehsalını dörd dəfə artırdığını bildirib. ABŞ prezidenti Donald Tramp isə ictimai mediada İrana istiqamətli sərt açıqlamalarına ara vermir. Avropa Birliyi (AB) Komissiyası, ABŞ ilə İran arasında artan gərginliklə bağlı, "Bölgədə sabitliyin pozulmasına ehtiyac yoxdur" kimi şərh verib. Birləşmiş Millətlər Təşkilatı (BMT), ABŞ və İran arasında gərginliyi artıran ifadələrin bölgəni daha çox qarışdıracağı xəbərdarlığını edib.
Tramp ABŞ-ın İran ilə müzakirəyə çalışdığına dair yayılan xəbərlərin gerçəkliyi əks etdirmədiyini ifadə edərək, "İran hazır olanda, bizi axtaracaq. Bu vaxta qədər iqtisadiyyatları çökməyə davam edəcək” deyib.

Qeyd edək ki, Trampın dünənki "İran savaş istəyirsə, bu onların sonu olar. ABŞ-ı əsla təhdid etməyin" mesajından sonra iki ölkə arasında təzyiq yenidən yüksəlib.





SON XƏBƏRLƏR

2019-06-20