2019-05-21 13:37:58   |   401 dəfə oxunub

"Azərbaycanda sosial layihələrin davamlılığı inkişafa xidmət edir" - İqtisadçı

"Cənab Prezident tərəfindən xeyli sayda sosial layihələr həyata keçirilib. Həmin layihələrdən biri də məcburi köçkünlərimizin məişət şəraitinin yaxşılaşdırılması ilə bağlıdır”.

Bu sözləri "Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib.

Ekspert bildirib ki, dövlət qaçqın və məcburi köçkünlərimizə hər zaman dayaq olub:

"Hazırda 1 milyondan artıq soydaşımız məcburi köçkün həyata yaşayır. Şübhəsiz ki, bu durumu müsbət şəkildə bərpa edəcəyik. İqtisadi cəhətdən dövlətimizin inkişafı olmasaydı, neftimiz iqtisadi dövriyəyə cəlb edilməsəydi, qaçqınlarımızın mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı işləri görmək çətin olardı. 1993-cü ildən başlayaraq, ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra dövlət quruculuğunu nəzərə alaraq ardıcıl şəkildə neft ehtiyatlarımızı iqtisadi dövriyyəyə cəlb etdi.

Sonra isə davamçı olaraq cənab prezident İlham Əliyev tərəfindən böyük layihələr həyata keçirildi. İqtisadi qüdrətimiz olduğu halda Prezidentin ilk siyasəti məcburi köçkünlərimiz üçün normal həyat şəraitinin yaradılması idi. Çünki məlum səbəblərdən və səhnəarxası siyasi məqamlardan asılı olaraq, torpaqlarımızı azad edə bilmirik. Bizə təsir göstərirlər ki, məsələni sülh yolu ilə həll edək və bu proses uzanır”.

Ekspertin sözlərinə görə,ölkə başçısı imkan verməz ki, məcburi köçkünlərimiz tamamilə dözülməz şəraitdə yaşasınlar:

"İmkan daxilində qaçqınlar üçün şəraitlər yaradılır. Bütün bunlar hər kəs tərəfindən yüksək dəyərləndirilməlidir. Dövlətin ilk növbədə borcu odur ki, vətəndaşlarına yaxşı şərait yaratsın. Bu nöqteyi nəzərdən prezidentimizin gördüyü işlər heç bir ölçü vahidi ilə ölçülmür və müsbət qiymətləndirilir”.

Yeganə Bayramova




SON XƏBƏRLƏR

2019-06-18
2019-06-17