2019-05-22 11:35:26   |   140 dəfə oxunub

Bakıda gənc onuncu mərtəbədən yerə düşdü - Atıldığı iddia olunur


Bakıda 17 yaşlı oğlan intihar edib.

Oxu.Az-ın məlumatına görə, hadisə dünən saat 18:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Belə ki, Moskva prospekti 3007-ci məhəllədə 2002-ci il təvəllüdlü S.Q. özünü yaşadığı binanın 10-cu mərtəbəsinin pəncərəsindən ataraq intihar edib.

Gəncin hansı səbəbdən intihar etdiyi məlum deyil. Yaxınları onun intihar etmədiyini, itələndiyini iddia edirlər.

Faktla bağlı araşdırma aparılır.




SON XƏBƏRLƏR

2019-06-26
2019-06-25