2019-05-22 12:01:46   |   154 dəfə oxunub

Gəncədə ofisdən 7 min dollar oğurlandı - Oğru tutulub


Gəncə şəhərində ofislərdən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş R.İbişovun ətrafında Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 26-na keçən gecə Gəncə şəhəri H.Əliyev küçəsindəki ofislərin birindən 7000 ABŞ dolları və 200 avro oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.




SON XƏBƏRLƏR

2019-06-26
2019-06-25