2019-05-22 13:44:50   |   591 dəfə oxunub

"Dövlət sosial dəstəyə ehtiyyacı olan hər kəsin yanındadır" - Deputat

Dövlət siyasətinin əsas istiqamətlərindən birini Azərbaycanda əhalinin sosial rifahının daha da yüksəldilməsi təşkil edir. Prezidet İlham Əliyevin aztəminatlı ailələrə, məcburi köçkünlərə, əlillərə, şəhid ailələrinə və digər təbəqədən olan vətəndaşlarımıza göstərdiyi qayğı əvəzedilməzdir.

Ölkə başçısı, sosial yardıma ehtiyacı olan insanlara yalnız maddi yox, həm də mənəvi dəstək göstərib. Bu günə qədər aparılan islahatlar, görülən işlər, imzalanan fərman və sərəncamlar bir daha təsdiq edir ki, prezident hər zaman öz xalqının arxasındadır.

Prezidentin sosial siyasəti ilə bağlı "Sherg.az”a danışan millət vəkili Rüfət Quliyev bildirib ki, ölkə başçısı hər zaman ehtiyacı olan vətəndaşlarımızı diqqətdə saxlayıb:

"Cənab Prezidentimizin yürütdüyü sosial siyasəti mənim dəyərləndirməyimə ehtiyac yoxdu. Bunu xalqımız dəyərləndirir. 2018-ci ildə ölkə başçısının seçkilərdə səs toplaması ona qarşı məhəbbət və rəğbətin göstəricisidir. Baxmayaraq ki, mən iqtidar partiyasının üzvü deyiləm, amma hər zaman iqtidar partiyasına dəstək olan vətəndaş və millət vəkillərindən biriyəm. Cənab prezidentin apardığı siyasəti hər zaman dəstəkləmişəm və dəstəkləməyə də davam edəcəm”.

Yeganə Bayramova




SON XƏBƏRLƏR

2019-06-26
2019-06-25