2019-05-22 15:03:20   |   108 dəfə oxunub

Bakıda pedofil saxlanıldı - 10 yaşlı oğlanı zorlayıb


Bakının Binəqədi rayonunda pedofil saxlanılıb.

Bu barədə Oxu.Az-a rayonun Polis İdarəsindən məlumat verilib.

Beşinci Polis Bölməsinin əməkdaşları 33 yaşlı Kürdəmir rayon sakini A.Əbilovu saxlayıb.

O, mayın 21-də axşam 20:00 radələrində 10 yaşlı oğlanı tovlayaraq, 3026-cı məhəllədə yerləşən şadlıq evinin arxasında zorlamaqda ittiham olunur.

Pedofili çevik polis alayının əməkdaşları şahidlərin köməyi ilə saxlayıb. Hazırda saxlanılan şəxsin başqa oxşar cinayətlər törədib-törətmədiyi araşdırılır.




SON XƏBƏRLƏR

2019-06-20