2019-05-22 20:26:09   |   162 dəfə oxunub

"Yolverilməzdir" - Kreml ABŞ-ın Türkiyəyə ultimatumuna münasibət bildirdi

"S-400 zenit-raket kompleksi üzrə Türkiyə və Rusiya arasındakı müqavilə ilə bağlı ABŞ-ın ultimatumu yolverilməzdir”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, S-400 zenit-raket kompleksi üzrə müqavilə ilə bağlı məsələnin bitdiyini bildirib.

"Report” xatırladır ki, ABŞ Türkiyəyə Rusiya S-400 zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib. Türkiyənin müdafiə naziri Hulusi Akar isə bildirib ki, S-400 zenit-raket kompleksi ilə bağlı təlim keçmək üçün Rusiyaya hərbçilər göndərilib.




SON XƏBƏRLƏR

2019-06-26
2019-06-25