2019-05-22 23:48:47   |   170 dəfə oxunub

Bakıda 6 yaşlı uşaq müəmmalı şəkildə ölüb


Bakının Qaradağ rayonunda 6 yaşlı uşaq müəmmalı şəkildə dünyasını dəyişib.

ONA-nın xəbərinə görə, 2013-cü il təvəllüdlü Sadıqlı Ayşən Məlik qızı ailəsi ilə birlikdə paytaxta gələrkən DYP-nin Qaradağ rayonu ərazisindəki nəzarət postunun yaxınlığında halı pisləşib.

Azyaşlı YPX müfəttişlərinin köməkliyi ilə 1 saylı Xəstəxanaya çatdırılsa da, artıq gec olub. A.Sadıqlı orada keçinib.

Hadisənin təfərrüatları rayon Prokurorluğu tərəfindən araşdırılır. Uşağın ölüm səbəbi dəqiq bilinmir.




SON XƏBƏRLƏR

2019-06-26
2019-06-25