2019-05-23 02:26:17   |   107 dəfə oxunub

Bakının Yasamal rayonunda yük maşınları toqquşub, xəsarət alan var



Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA xəbər verir ki, hadisə A.Salamzadə küçəsi ilə Z.Bünyadov prospektini birləşdirən yolötürücü tunelin çıxışında qeydə alınıb.




Məlumata görə, ağır qaldırıcı texnikanı daşıyan və Abbasəli Qurbanovun idarə etdiyi "MAZ" markalı qoşqulu yük maşını yolun kənarı ilə aşağı sürətlə hərəkətdə olarkən arxadan gələn "Shacman" markalı yük maşını ona çırpılıb. Nəticədə yük maşınının sürücüsü Eyvaz ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Fakt Yasamal polisi tərəfindən araşdırılır.




SON XƏBƏRLƏR

2019-06-26
2019-06-25