2019-05-23 02:34:06   |   320 dəfə oxunub

Tarixdə ilk dəfə: UEFA İcraiyyə Komitəsinin iclası Bakıda təşkil olunacaq


Mayın 29-da Bakıda keçiriləcək UEFA İcraiyyə Komitəsi iclasının gündəliyi açıqlanıb.

AFFA xəbər verir ki, İcraiyyə Komitəsi gündəliyinə 2021-ci ildə UEFA qadınlararası Çempionlar Liqasının ev sahibinin müəyyənləşdirilməsi; müxtəlif yarışların və texniki qaydaların təsdiqi; futzal üzrə UEFA Avropa çempionatı 2020/2022; 2019/2020-ci illər UEFA Avropa U-17 və U-19 çempionatları; 2019/2020-ci illər UEFA Avropa qadınlararası U-17 və U-19 çempionatları; UEFA İntizam qaydaları (2019 buraxılışı); UEFA Təhlükəsizlik qaydaları (2019 buraxılışı); UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı); turnirlərin əsasnamələri – oyun qaydalarına adaptasiya; UEFA Avropa gənclər çempionatlarının formatı; Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması; UEFA Grassroots mükafatı 2019 daxildir.

Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin iclası Bakıda tarixdə ilk dəfə təşkil olunacaq.




SON XƏBƏRLƏR

2019-06-26
2019-06-25