2019-05-24 11:24:05   |   108 dəfə oxunub

Bu gün bir neçə mikrorayon susuz qalacaq

Bakıda bir neçə mikrorayona suyun verilişində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən "Sherg.az"a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün 1-5-ci mikrorayonların bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.




SON XƏBƏRLƏR

2019-06-25