2019-05-24 12:27:24   |   174 dəfə oxunub

Bu yolda hərəkət məhdudlaşdırılacaq - DİQQƏT



M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir. Bu barədə Lent.az-a "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

Verilən məlumata görə, piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.

Bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər.

AAYDA qısa müddətlik yarana biləcək narahatlığa görə üzr istəyir, sürücülərdən isə göstərilən saatlarda alternativ yollardan istifadə etmələrini xahiş edir.





SON XƏBƏRLƏR

2019-06-15