2019-05-24 12:42:07   |   199 dəfə oxunub

ADU-da “Azərbaycan mətbuatı dünən və bu gün” mövzusunda dəyirmi masa keçirilib



Mayın 23-də Azərbaycan Dillər Universitetində (ADU) "Azərbaycan mətbuatı dünən və bu gün” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Xarici ölkələr ədəbiyyatı və Virtual jurnalistika kafedralarının birgə təşkilatçılığı ilə baş tutub.

"Şərq qəzeti”nin təsisçisi və baş redaktoru Akif Aşırlı jurnalistikanın tarixi, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə mətbuat və informasiya siyasəti, informasiya təhlükəsizliyi, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli medianın müasir gündəmi, problemlər və ona yanaşma metodları, jurnalistikanın klassik və texnoloji tərəfləri haqqında danışıblar.

Jurnalistikada mənəvi varislik və dövlətçilik anlayışlarına da toxunan çıxışçılar jurnalistika tarixinə nəzər yetirmək üçün yaratdığı şəraitə görə universitet rəhbərliyinə təşəkkür ediblər, bu kimi tədbirlərin təşkilini yüksək qiymətləndiriblər.

Tədbirdə Elmi işlər üzrə prorektor dosent Sevinc Zeynalova, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim və tələbə heyəti iştirak edib.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.




SON XƏBƏRLƏR

2019-06-20