2019-05-24 13:21:01   |   228 dəfə oxunub

Erməni əsilli gimnastlar: “Bakı çox gözəl və təhlükəsiz şəhərdi, əhali olduqca mehribandı” - Video



Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb.

"Sherg.az”ın məlumatına görə, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

24-26 may tarixlərində keçirilən çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələri baş tutacaq.

Ölkəmizi çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edəcəklər.

Qeyd edək ki, xarici gimnastlar arasında Rusiyanı təmsil edən erməni əsilli idmançılar da var. Rusiyuanı təmsil edən erməni əsilli gimnastlar - Qarsevan Cavasyan və Duxiq Vavasyan bacı - qardaşdırlar.

Qarsevan Cavasyan Azərbaycan mediasına verdiyi açıqlamasında onlara qarşı hər hansı bir təzyiqin baş vermədiyini bildirib:

"Hər çey çox yaxşıdır, Bakı çox gözəl və təhlükəsiz şəhərdir. Bizi hər şey qane edir. Heç bir təzyiq yoxdur”.

Duxiq Cavasyan təşilatçılığın çox yüksək səviyyədə olduğunu qeyd edib:

"İdman zalı çox mükəmməldir. Burada əsl idman atmosferi var. Bakı gözəl şəhərdir. İçəri şəhərə daxil olan kimi, sanki, ötən əsrlərə gedib, qayıdırsan. Insanlar çox ünsiyyətçildir. Əhali olduqca mehribandı. Müraciət edəndə hər kəs köməklik göstərməyə çalışır. Əslində, idman siyasətdən ayrıdır”.


Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-06-25