2019-05-24 14:37:52   |   188 dəfə oxunub

Türkiyədə qadınların hərbi xidmət keçməsi təklif olundu

Türkiyənin Millətçi Hərəkat Partiyası (MHP) orduda qadınların da hərbi xidmət keçməsi təklifi ilə çıxış edib.

Trend-in məlumatına görə, bu təklifi parlamentin iclası zamanı bir neçə deputat səsləndirib.

Deputatlar bildirib ki, Türkiyənin hər bir vətəndaşı orduda xidmət etməlidir: "Türk qadınlarının hərbi xidməti üçün hər bir şərait yaradılmalıdır”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar hərbi xidmətdə yeni sistemin yaradıla biləcəyini demişdi.




SON XƏBƏRLƏR

2019-06-25