2019-05-25 09:18:43   |   129 dəfə oxunub

Minik avtomobili aşıb: Ər-arvad xəsarət alıb


Salyanda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az-ın Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 45-ci kilometrliyində rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakının Xırdalan qəsəbə sakini, 1966-cı il təvəllüdlü Allahverdiyev Məhərrəm Kamil oğlu idarə etdiyi "VAZ-2106” markalı avtombillə Astara istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib, nəticədə avtomobil aşıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Allahverdiyeva Sarıtel Məhərrəm qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.




SON XƏBƏRLƏR

2019-06-25