2019-05-25 10:18:28   |   118 dəfə oxunub

Binanın zirzəmisində öldürülmüş kişi meyiti tapıldı


Bakıda gənc oğlan öldürülüb. ONA-nın məlumatına görə, paytaxtın Nəsimi rayonu, B.Səfəroğlu küçəsində yerləşən binanın zirzəmisində üzərində xəsarətləri olan kişi meyiti aşkar edilib.

Hadisə barədə məlumat daxil olan kimi dərhal Nəsimi rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, fotoşəkillər çəkilib və müvafiq ekspertizalar təyin olunub.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Orxan Mahir oğlu Əliyev olması müəyyən edilib.

Meyitin ilkin müayinəsi zamanı O.Əliyevin döyülməsi nəticəsində almış olduğu xəsarətlərdən öldüyü məlum olub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.




SON XƏBƏRLƏR

2019-06-26
2019-06-25