2019-05-25 14:45:19   |   384 dəfə oxunub

Ermənilər Mxitaryanı kəskin tənqid etdi: “İdmançılarımız Bakıya 2007 və 2015-ci illərdə gediblər, onlara heç bir təzyiq olunmayıb”





Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının finalı – « Arsenal » və « Çelsi » oyunu may ayının 29-da Bakıda baş tutacaq. « Arsenal » fubol klubunun erməni mənşəli oyunçusu Henrix Mxitaryanın bu oyunda iştirak etmək üçün Bakıya gəlməməsi Feysbukun Ermənistan seqmentində ciddi müzakirələrə səbəb olub

Xatırladaq ki, H.Mxitaryan may ayının 11 də bu oyuna qatılmayacağını bəyan edib. O bu qərarını heç bir ciddi səbəblə izah edə bilməyib. Sadəcə, Azərbaycanda təhlükəsizliyinin təminatından narahat olduğunu söyləyib.

H.Mxitaryanın bu qərarı artıq dünyanın diqqətini Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldib.

« Sherg.az» « armenews.com” a istinadən xəbər verir ki, əksər erməni öz H.Mxitaryan bu qərarına görə kəskin şəkildə qınayıb.

Erməni boks Federasiyasının mətbuat katibi Ervand Hakobyan Feysbuk səhifəsində sırf bu məsələ ilə bağlı Azəbaycan və UEFA-a qarşı tənqidləri anlamadığını yazıb :

« Onlar Mxitaryanın təhlükəsizliyini təmin edirlər".

Bu qərarı H.Mxitaryanın özünün verdiyini yazan şərhçilərdən biri onu qorxaqlıqda ittiham edib:

"Erməni güləşçilər Bakıya hələ 2007-ci ildə keçirilən dünya çempionatında işirak etmək üçün gediblər. Ardınca 2015-ci ildə Birinci Avropa Oyunlarına qatılmaq üçün də Bakıya yollandılar. Onlara qarşı hər hansı bir təhlükə, təzyiq müşahidə olunmadı".



Ermənistan Dövlət Bədən Tərbiyəsi İnstitutunun müəllimi Araks Marutyan da H. Mxitaryanın qərarından razı qalmayıb:

"İdmançı kimi, demək olar ki, erməni boksçuları və ya müxtəlif çempionatlar üçün Bakıya gedən hər hansı bir erməni idmançısı Mxitaryanla müqayisədə daha böyük riskə məruz qalıblar. Onlar Bakıya gedib -gəldilər və heç bir həyati təhlükə ilə üzləşmədilər. « Arsenal » üçün beynəlxalq səviyyədə tanınmış bir oyunçu olan Mxitaryan isə daha çox qorunur . Bu mənada H.Mxitaryan üçün heç bir təhlükə görünmür ».

Ermənistan Xarici İşlər Nazirliyi də bəyan edib ki, Azərbaycan tərəfi zəmanət verirsə, bu zəmanət H.Mxitaryanı və komandasını razı salırsa, bizim Bakıda baş tutan oyunla bağlı hər hansı bir məqsədimiz yoxdur.

"Parlaq Ermənistan" partiyasının rəhbəri Edman Marukyan Feysbuk hesabında qeyd edib ki, dünya mətbuatı UEFA-nı və Bakını kəskin tənqid etmiş olsa da, erməni diplomatiyasının bu suala cavab verməməsi gülüncdür.

Tərcümə etdi : Ayyət Əhməd







SON XƏBƏRLƏR

2019-06-15