2019-05-25 19:53:45   |   2225 dəfə oxunub

Qazaxda 20 il öncə məktəbi bitirən məzunlardan YADDAQALAN TƏŞƏBBÜS - Fotolar


Qazax rayon Daş Salahlı kəndində 20 il bundan öncə- 1999-cu ildə - elə həmin kəndin 2 saylı orta məktəbini bitirən "20 illiklər” əlamətdar və yaddaqalan bir təşəbbüslə fərqləniblər.

"Sherg.az” xəbər verir ki, həmin "20 illiklər”in nümayəndəsi Seyidalı Əliyevin təklifi, digər yoldaşları - Əkbər Cəfərli, Teymur Nəsibov və başqalarının maddi, eləcə də mənəvi dəstəyi nəticəsində Daş Salahlı kəndinin əsas girişinə bu kəndə girişi nümayiş etdirən müasir üslubda inşa olunmuş bir abidə qoyulub. Bu tikilini isə məhz həmin "20 illiklər”in özləri inşa ediblər. Bu gün həmin tikilinin açılış mərasimi baş tutub.


Qeyd edək ki, Daş Salahlı kəndində 20, 30 il bundan öncə məzun olanlar hər il yubiley ilini qeyd edirlər. 

Bu işdə ən qürurverici və ürəkləri riqqətə gətirən məqam odur ki, həmin buraxılışlar kənd əhalisi üçün faydalı olan, onların rifahına, rahatlığına xidmət göstərən mütərəqqi və rasional addımlar atırlar. Məsələn, ötən illərdə də "20 illiklər” Daş Salahlı kəndinin Şəhidlər Xiyabanının giriş hissəsində bu Xiyabana girişi göstərən bir tikili inşa ediblər. Bundan başqa digər "20 və 30 illiklər” də yeni məhlələrdə kənd şəhidlərinin adına bulaqlar çəkdiriblər, dayanacaqlar qurublar.



Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-06-25