2019-05-25 20:24:45   |   176 dəfə oxunub

DTX Milli.Az-ın əməkdaşını mükafatlandırdı




Bu gün bir qrup jurnalist "Dövlət Təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-1921)" yubiley medalı ilə təltif olunub.

"Sherg.az" xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində keçirilmiş mərasimdə medalları Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov təqdim ediblər.

Təltif olunmuş media mənsubları arasında Milli.Az-ın baş redaktor müavini, siyasi şərhçi Elçin Alıoğlu da vardı.




SON XƏBƏRLƏR

2019-06-26
2019-06-25