2019-05-26 16:15:28   |   185 dəfə oxunub

Jurnalist Fuad Abbasovun işi ilə bağlı apelyasiya şikayəti verildi


Jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qərarın ləğv edilməsi üçün apelyasiya şikayəti verilib.
ONA-nın Moskva bürosunun məlumatına görə, bu barədə Fuad Abbasovun yeni vəkili Teyub Şərifov bildirib.
T. Şərifov deyib ki, mayın 23-dən rəsmi olaraq Fuad Abbasovun müdafiəsinə qoşulub.
Vəkil Fuad Abbasova qarşı Rusiya açılan inzibati iş materialları və yekun qərarla tanış olduğunu söyləyib: "İşdə kobud prosessual pozuntulara yol verilib. Ona görə də müdafiəyə qoşulduğum gün mənim tərəfimdən Moskva vilayəti Ximki Şəhər Məhkəməsinin qərarından dərhal yuxarı instansiya olan Moskva vilayət Məhkəməsinə şikayət verdik. Belə ki, mayın 23-nə kimi Fuad Abbasovun ölkədən çıxarılması haqqında məhkəmə qərarı heç kəs tərəfindən öyrənilməyib və şikayət edilməmişdi".
Teyub Şərifov Fuad Abbasovun mayın 28-də deportasiya olunacağı barədə yayılan məlumatların əslində heç bir əsasının olmadığını da söyləyib. Vəkil Fuad Abbasovun müdafiəsini müstəqil həyata keçirdiyini və heç bir Fuad Abbasovun hüquqlarını müdafiə komitəsinə daxil olmadığını, eləcə də fəaliyyətinin koordinasiyası üçün digər məsləkdaşlara və hüquqşünaslara ehtiyacının olmadığını da vurğulayıb.




SON XƏBƏRLƏR

2019-06-25