2019-05-26 17:44:01   |   200 dəfə oxunub

Zelenski defolt elan etməlidir - Kolomoyski


Ukrayna Prezidenti Vladimir Zelenski defolt elan etməli və Beynəlxalq Valyuta Fonduna borcunu qaytarmamalıdır.

Axar.az xəbər verir ki, bu barədə İqor Kolomoyski "Faynənşl Tayms” nəşrinə danışıb.

"Biz öz kreditorlarımıza Yunanıstanda olduğu kimi yanaşmalıyıq. 2015-ci ildə Afina kreditorlarla toqquşdu və BVF-yə borcunu qaytarmayan ilk ölkə oldu. Argentinada neçə dəfə defolt olub? Hər şeyi yenidən qurdular. Hər şey qaydasındadır”, - Kolomoyski bildirib.

Kolomoyski Qərbə qulaq asaraq öz qərarlarını qəbul etməyəcəyi halda Zelenskinin sonunun Poroşenko kimi olacağını qeyd edib.




SON XƏBƏRLƏR

2019-06-25