2019-05-26 18:52:22   |   284 dəfə oxunub

"Messi mənə "eşşək" dedi" - "Liverpul"un futbolçusu


"Liverpul"un yarımmüdafiəçisi Ceyms Milner Çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona" ilə ilk oyununda (0:3) Kataloniya klubunun kapitanı Lionel Messi ilə arasındakı mübahisəni xatırlayıb.

Qol.az-ın "Daily Mail" nəşrinə istinadən yaydığı xəbərə görə, ingilis futbolçu epizodların birində kobud oynadığı üçün argentinalı hücumçunun onu təhqir etdiyini bildirib:

"O, narazı idi. İlk hissə başa çatdıqdan sonra paltardəyişmə otağına gedərkən Messi ispanca mənə xeyli söz dedi. Hətta məni "Burro" adlandırdı. Tərcüməsi "eşşək"deməkdir. Ancaq düşünürəm ki, bu söz ümumi mənada işlədilir və meydanda kobud oynayan futbolçulara deyilir. Ondan vəziyyətini soruşdum, cavab vermədi. Bilirəm ki, dediyi sözü başa düşdüyümü anladı".

Qeyd edək ki, "Liverpul" ilk oyunda "Barselona"ya 0:3 uduzsa da, evdə 4 cavabsız qol vuraraq, finala vəsiqə qazanıb. Mersisaydlılar həlledici qarşılaşmada "Tottenhem"lə üz-üzə gələcəklər. Görüş iyunun 1-də Madriddəki "Atletiko"ya məxsus "Vanda Metropolitano" stadionunda keçiriləcək.




SON XƏBƏRLƏR

2019-06-25