2019-05-27 01:15:52   |   168 dəfə oxunub

Qaynana gəlinlə nəvəsini çölə atıb


 "1 qadın 3 yaşlı övladı ilə birgə polis tərəfindən sığınacağımıza gətirilib. Qadının görkəmində, üz-çənə nahiyəsində müəyyən fiziki qüsurların olmasını əsas gətirən qaynanası onunla yola getmir. Qaynana deyir ki, mənə belə gəlin lazım deyil”. 

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, hazırda gəlinin ailəsi ilə söhbətlər aparılır. Qaynana gəlinlə yola getmədiyini əsas gətirir.

"Qadın özü övladı ilə birgə evdən qovulması haqda polisə müraciət edib”, – deyə birlik rəhbəri əlavə edib. K.Ağazadə qadının əri ilə rəsmi münasibətdə olduğunu da diqqətə çatdırıb.







SON XƏBƏRLƏR

2019-06-20