2019-05-27 01:55:12   |   539 dəfə oxunub

39 yaşında 44 övladı var: Əri, hətta öz ata-anası da onu tərk edib - FOTOLAR



Uqandada yaşayan 39 yaşlı Mariam Nabatanzi qəribə bir xəstəlikdən əziyyət çəkir. 

Sherg.az xarici media istinadən xəbər verir ki, 12 yaşında ilk uşağını dünyaya gətirən Nabatanzinin  44 uşağı var. Həyat yoldaşı tərəfindən tərk edilən Nabatanzi bir çox işlərdə - eyni zamanda şəfalı otlar sataraq ailəsini saxlayır.








 Şərqi Afrika ölkəsi olan Uqandada yaşayan Mariam Nabatanzi  doğuşları ilə  dünya mətbuatının gündəminə düşüb. Kabimbiri kəndində yaşayan 39 yaşlı Nabatanzi, indiyə qədər 4 üçəm, 3 dörəm, 6 əkiz kimi çoxlu doğuşlarla 44 uşaq sahibi kimi rekord qırıb. 

Hamiləlik prosesində yaşadığı problemlər səbəbindən isə 6 uşağını itirib. 12 yaşında evlənən Nabatanzi, 13 yaşında ilk əkizlərini doğub. Həkimə gedən qadın yumurtalıqlarının normaldan  daha böyük olduğunu öyrənib. Həkim, sağlamlıq problemlərinə səbəb olacağını deyərək doğuşa əngəl olmaq üçün  nəzarət üsullarını tətbiq etməməsinin vacibliyini  söyləyib. 23 yaşında 25-ci uşağını doğan qadın, təkrar həkimə gedərək doğum nəzarəti məsələsində məsləhət istəyib. Ancaq həkim  məhsuldarlığını davam etdirməsini deyib. 2.5 il əvvəl 6-cı əkizlərini doğan  qadın yaşadığı sağlamlıq problemləri səbəbiylə əkizlərdən birini itirib.

 Son doğuşdan sonra  Nabatanzi əri tərəfindən tərk edilib. Öz anası, atası tərəfindən də tərk edilən Nabatanzi, çox çətin şərtlər altında uşaqlarının ehtiyacları üçün sadiq olaraq işini davam etdirir. Bütün həyatını uşağa baxaraq və çalışaraq keçirən Nabatanzi, pul qazanmaq üçün bir çox işlərdə çalışır. Evin ən böyük övladı olan 23 yaşlı Ivan Kaibuka da anasına yardımçı olur.

Turan




SON XƏBƏRLƏR

2019-06-20