2019-05-27 11:06:29   |   354 dəfə oxunub

“Arsenal” Bakı hazırlığına start verib



İngiltərənin "Arsenal” klubu Avropa Liqasının Bakıda keçiriləcək final oyununa hazırlıqların sonuncu mərhələsinə start verib.

ONA-nın məlumatına görə, artıq ölkəmizdə olan Unai Emerinin yetirmələri mayın 29-dakı görüşə paytaxtda hazırlaşır.

"Topçular” Bakıdakı ilk məşqini "Bakcell Arena” stadionunda gerçəkləşdirib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Çelsi” – "Arsenal” matçı saat 23:00-da başlayacaq.




SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19