2019-05-27 14:26:59   |   333 dəfə oxunub

Ramin Hacılı: “İnsanlar Fuad Abbasov məsələsi ətrafında birləşdi” – Nəticə var ?



"Fuad Abbasovla bağlı keçirdiyimiz aksiyaların nəticəsi olur”.

Bu sözləri "Sherg.az”a açıqlamasında Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı deyib:

Onun sözlərinə görə, həmin nəticələr isə bundan ibarət idi ki, Rusiya səfirliyi məsələni maksimum diqqətdə saxlayıb:

"Eyni zamanda mövzu ölkənin gündəminə çevrildi və demək olar ki, insanlar bu məsələ ətrafında birləşdi. Sadəcə, bu birləşməni real olaraq hərəkata keçirtdik. Eyni zamanda bu aksiyalar Azərbaycan vətəndaşlarının yalnız sosial şəbəkələrdə fikrini deməklə kifayətlənməmək ənənəsini geri qaytardı. İnsanlar düşünməyə başladı ki, biz bir xalq olaraq yalnız azad danışmaqla məşğul deyilik, həm də lazım olan yerdə sözümüzü deyə bilirik”.

Qeyd edək ki, 18 mayda Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması” adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-06-25