2019-05-27 22:17:47   |   380 dəfə oxunub

“Çelsi” və “Arsenal”: Finalöncəsi mətbuat konfranslarının və açıq məşqlərinin vaxtı müəyyənləşib




Mayın 29-da UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda qarşılaşacaq "Çelsi” və "Arsenal” komandalarının oyunöncəsi mətbuat konfransı və mətbuat üçün açıq məşqlərinin vaxtı müəyyənləşib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, mayın 28-də Bakı Olimpiya Stadionunda "Arsenal” komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə saat 17:45-də mətbuat konfransı keçiriləcək. Saat 18:30–da isə komandanın mətbuat üçün açıq məşqi olacaq.

"Çelsi” komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə mətbuat konfransı isə saat 20:15-də təşkil ediləcək. Saat 21:00-da komandanın mətbuat üçün açıq məşqi olacaq.

Tədbirlərdə müvafiq qaydada akkreditasiyadan keçmiş mətbuat nümayəndələri iştirak edə biləcəklər.




SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19