2019-05-28 00:45:27   |   368 dəfə oxunub

Gözəlçənin vəkilləri Ronaldonu axtarır

Ulduz futbolçunun evinin ünvanı məhkəmədən gizlədilir



"Yuventus”un məşhur futbolçusu Kristian Ronaldo haqqında 2009-cu ildə Las Veqasdakı bir otel otağında Kathryn Mayorqa adlı bir qadına təcavüz etdiyinə görə ABŞ-da iddia açılmışdı. 



Adanın yüksəl tirajlı qəzetlərindən olan "Daily Mirror” söz mövzu olan iddiayla əlaqədar xüsusi xəbərində gündəm yaradan bir iddia ortaya atıb. Qəzet, Mayorqanın vəkillərinin Ronaldonu hakim qarşısına çıxara bilmək üçün Portuqaliyalı superstarın Torinoda iqamət etdiyi ünvanın arxasına düşdüyünü yazıb. Sherg.az xarici media istinadən xəbər verir ki, Amerika qanunlarına görə, məhkəmənin baş tutması üçün cavabdehin ünvanı dəqiq göstərilməlidir. İddiaya görə ulduz futbolçunun vəkilləri də məhz bu səbəblə Ronaldonun yaşadığı evin ünvanını məhkəmədən gizlədir.






SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19