2019-05-28 18:38:29   |   307 dəfə oxunub

Xavi baş məşqçi təyin olundu



İspaniya millisinin sabiq üzvü Xavi Hernandes məşqçiliyə başlayıb.

Fanat.Az xəbər verir ki, veteran futbolçu Qətərin "Əl Sədd" klubunun baş məşqçisi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla 2020-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 1991-2015-ci illərdə "Barselona"nın aşağı yaş qruplarında və əsas komandasında çıxış edən Xavi 2015-ci ildə "Əl-Sədd"ə transer olunub. O, karyerasını bu ay başa vurub.




SON XƏBƏRLƏR

2019-06-18
2019-06-17