2019-05-31 00:51:08   |   207 dəfə oxunub

İraqda silsilə partlayışlar zamanı 6 nəfər ölüb, 12 nəfər yaralanıb


İraqın Kərkük şəhərində baş vermiş silsilə partlayışlar nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

ONA "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə "Rudaw" telekanalı məlumat yayıb.

Bildirilir ki, şəhərin müxtəlif hissələrində avtomobillərdə quraşdırılmış partlayıcıların partladılması nəticəsində İraqın təhlükəsizlik xidmətinin əməkdaşları xəsarət alıb.

Bundan bir qədər əvvəl İraq təhlükəsizlik xidməti Kərkükdə terror aktları törətmək istəyən İŞİD üzvlərinin müəyyən edilərək zərərsizləşdirilməsi barədə xəbər yaymışdı.




SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19