2019-05-31 12:33:09   |   288 dəfə oxunub

Komitə sədri: “Dövlət büdəcəsinin gəlirləri üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib”



Milli Məclisin yaz sessiyasının bu gün keçirilən sonuncu toplantısında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi aparılır.

Sherg.az xəbər verir ki, iclasda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, ötən il manatın məzənnəsi sabit qalıb:

"Enerji daşıyıcılarının qiymətlərinədki müsbət dinamika xarici ticarət balansının müsbət nəticələnməsinə səbəb olub. 2018-ci ildə xarici ticarət dövriyyəmiz 30,9 faiz artaraq, 31,8 milyard dollar təşkil edib. 20,3 milyard manat tədiyyə balansında müsbət saldo yaranıb. Burada qeyri-neft əmtəə ixracının 9,8 faiz artamsını xüsusi qeyd etmək lazımdır. Bütövlükdə ticarət balansında yaranmış müsbət saldo gələcəkdə böyük işlərin görülməsinə imkan yaradıb”.

Z.Səmədzadə vurğulayıb ki, valyuta ehtiyatımız ötən ildə 44,5 milyard manat olub:

"Demək olar ki, dövlət büdəcəsinin gəlirləri üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib”.

Anar





SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18