2019-05-31 12:52:13   |   263 dəfə oxunub

Sadələşdirilmiş vergi ödənişlərinin məbləği artıb


"Sadələşdirilmiş verginin xüsusi çəkisi 5,3 faizdən 6 faizə yüksəlib, məbləği isə 20,7 faiz artıb”.

Sherg.az-ın xəbərinə görə, bu sözləri 2018-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə qeyd edib ki, 2019-cu ildə 1 yanvar tarixinə cəmi vergi ödəyicilərinin sayı il ərzində 6,9 faiz və ya 62 400 vahid artaraq 970 340 nəfər olub. ƏDV ödəyicilərinin sayı isə 12,4 faiz və ya 3 767 vahid artaraq 34 269 nəfər təşkil edib:

"1 yanvar 2019-ciu il tarixinə vergi obyektlərinin sayı 7,4 faiz artaraq 17 389 ədəd təşkil edib. 2018-ci ildə qeydiyyata alınan obyektlərin sayı 12,4 faiz artaraq 35 729 ədəd olub. Xahiş edirəm rəqəmləri nəzərə alın. İl ərzində qeydiyyata alınan və fəaliyyətini bərpa edən obyektlərin sayı fəaliyyəti dayandırılan və ləğv edilən obyektlərin sayını 1,9 dəfə üstələyib”.

Anar





SON XƏBƏRLƏR

2019-06-18
2019-06-17