2019-05-31 15:43:38   |   239 dəfə oxunub

“Uğurlu daxili və xarici siyasətin arxasında Prezidentin məntiqli siyasəti durur”




"Cənab Prezidentin daxili və xarici siyasəti milli maraqlarımızın müdafiəsinə əsaslanır”.

Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, ölkəmizdəki mövcud xalq-hakimiyyət birliyi sarsılmazdır:

"Xalq Prezident İlham Əliyevi birmənalı olaraq dəstəkləyir. Prezident də hər hansı beynəlxalq siyasi dairələrin diqtəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil bir siyasət həyata keçirir.

 Bu, xalq-hakimiyyət birliyini güclü edən həlledici amildir.

Ölkəmizdə dəfələrlə beynəxalq tədbirlər keçirilib. Azərbaycan sabit və təhlükəsiz ölkədir. Bütün bunlar daxili və xarici siyasətimizin uğurlu aparılmasından irəli gəlir. Qoy, anti- Milli ünsürlər və xarici havadarları unutmasınlar ki, onların siyasi hoqqabazlığı həmişə olduğu kimi bu dəfə də məğlubiyyətə məhkumdur.

Azərbaycan xalqı daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də dövlət başçısının yürütdüyü xətti tam şəkildə dəstəkləyir. Uğurlu siyasətin arxasında Prezident İlham Əliyevin məntiqli və təmkinli siyasəti, qəbul etdiyi çevik qərarlar və verdiyi tapşırıqlar durur”.

Yeganə Bayramova 





SON XƏBƏRLƏR

2019-06-15