2019-05-31 16:53:21   |   284 dəfə oxunub

MEA-nın magistraturasında ödənişli təhsilin məbləği açıqlandı


"Bu il AMEA-nın magistraturasına qəbul üçün 138 plan yeri elan edilib. Onun 35-i ödənişlidir".

ONA -nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA prezidenti Akif Əlizadə deyib.

O bildirib ki, əvvəlki illərdən fərqli olaraq, bu il AMEA-nın magistraturasına qəbul planında ödənişli yerlər də nəzərdə tutulub: "Bu il təklif etdik ki, plan yerlərinin üçdə biri ödənişli olsun. Mən həmişə bunun əleyhinə idim. Amma görürük ki, akademiyanın magistraturasına maraq artıb, sənəd verənlər yüksək bal toplayanlardır. Onlar arasında yüksək rəqabət vəziyyəti yaranır və qəbuldan kənarda qalanlar olur. Ona görə də bu il ödənişli yerlər üzrə də qəbul aparılır".

A.Əlizadə deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında illik təhsil haqqının 1600 manat olması müəyyən edilib: "Bu il AMEA-nın magistraturasında riyazi kibernetika, riyazi fizika, nanohissəciklər fizikası, ətraf mühitin idarəolunması və s. üzrə yeni istiqamətlər müəyyən edilib. Bu il həmin istiqamətlər üzrə də ixtisaslara qəbulun aparılması nəzərdə tutulub”.




SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18