2019-05-31 21:28:46   |   259 dəfə oxunub

"İtaliya şirkətləri Azərbaycanın neft-qaz sektoruna 596 milyon dollar sərmayə qoyublar"


İtaliya şirkətləri Azərbaycanın neft-qaz sektoruna 596 milyon dollar sərmayə qoyublar.

Trend-in məlumatına görə, bunu İtaliya Respublikasının 73 illik yubileyinə həsr olunmuş tədbirdə energetika naziri Pərviz Şahbazov deyib.

Nazir deyib: "İtaliya Dağlıq Qarabağ münaqişəsində Bakının mövqeyini dəstəklədiyinə, eləcə də Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələrin inkişafına yardım etdiyinə görə bizim üçün mühüm ölkədir".

P.Şahbazov son bir il ərzində iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcminin, həmçinin Azərbaycandan İtaliyaya ixracın artdığını qeyd edib:

"İtalyan şirkətlərinin Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyalar bu günədək ümumilikdə 767 milyon dollar təşkil edib. Azərbaycan şirkətlərinin İtaliyadakı investisiyaları isə 135 milyon dollar olub".

Nazir iki ölkəni birləşdirən Transadriatik qaz kəməri (TAP) layihəsinin artıq 87 faizdən çoxunun tamamladığını bildirib. O, layihənin işə düşəcəyi 2020-ci ilin iki ölkənin əməkdaşlığında tarixi bir il olacağını deyib.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.




SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19