2019-06-01 19:45:38   |   748 dəfə oxunub

Paşinyana müxalif olan erməni gənclər «Facebook»da birləşib siyasi partiya yaratdılar – BƏYANAT

«Ermənistan alınmaz qaladır » kimi fikirlər uydurmadan başqa bir şey deyil. Vəziyyət bu cür davam edərsə, Ermənistan tarixin mistikasında əriyib yox ola bilər»





Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü daxili və xarici siyasəti dəstəkləməyən şəxslər «Facebook » da « Adekvad » adlı səhifə yaradıb, orada qrup şəkilində birləşərək eyniadlı siyasi partiya formalaşdırıblar.

«Sherg.az » «armenews.com»a istinadən xəbər verir ki, sözügedən qrup Paşinyanın apardığı siyasətin tamamilə əleyhinə olan perspktivli, milliyətçi və mühafizəkar gənclərdən ibarətdir.

Hətta bu təşkilataın tərkibində ABŞ-da təhsil almış erməni gənclər də yer alıb.

Onlar Paşinyan hakimiyyətini Ermənistan və onun dəyərləri üçün təhlükə hesab edirlər. 2018-ci ildə yaradılmış bu «Facebook » qrupunun üzvlərinin sayı 27 mindən çoxdur. Onlar artıq may ayının 27-dən partiyanın yaradılmasını şərtləndirən amilləri, bir sözlə, niyyətlərini açıqlayıblar. 
Həmin bəyanatda deyilir :

Ermənistandakı hazırkı siyasi sistem axsayır və bu sistem Ermənistanın üzləşdiyi problemləri həll etmək iqtidarında deyil. 

Biz ölkənin siyasi arenasındakı tanınmış simalara çağırış edirik ki, ölkəmiz üzləşdiyi bu vəziyyətdən ciddi ziyan çəkəcək. 

« Ermənistan alınmaz qaladır » kimi fikirlər uydurmadan başqa bir şey deyil. Vəziyyət bu cür davam edərsə, Ermənistan tarixin mistikasında əriyib yox ola bilər. 

Düzdür, əsas hədəfimiz Paşinyandır. Çünki o Ermənistana təsir edə bilən bütün amillərə qapı açıb. Sonrakı hədəflərimiz erməni homoseksuallar və maliyyəçi Corc Sorosdur.

Tərcümə etdi : Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18