2019-06-01 21:16:48   |   618 dəfə oxunub

Ermənistan parlamenti aprel məğlubiyyətini analiz etmək üçün komissiya yaradır – ACI ETİRAF



Ermənistan Parlamenti 2016-cı ildə baş vermiş dörd günlük «aprel döyüşlərində» Azərbaycan ordusu tərəfindən aldıqları sarsıdıcı zərbələr nəticəsində yaşadıqları məğlubiyyətin səbəblərini nəzərdən keçirmək üçün komissiya yaradıb.

«Sherg.az» « armenews.com »a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Ararat Mirzoyan bildirib. O qeyd edib ki, 47 deputatın tələbi ilə bu məsələ səsə qoyuldu.

 Və 2016-cı ilin aprel hadisələrindəki hərbi əməliyyatları analiz etmək üçün komissiyanı yaratdıq. 

Bu komissiyanın missiyası ölkənin milli təhlükəsizliyi və milli müdafəsini müəyyən etməkdir. 

Hətta may ayının 20-də baş nazir Nikol Paşinyan da 2016-cı ilin aprel döyüşləri ilə bağlı sualları analiz etməklə bağlı göstəriş verib, məqsəd isə həssas suallara cavab tapmaqdır.

Tərcümə etdi : Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-06-18
2019-06-17