2019-06-03 15:53:49   |   241 dəfə oxunub

Azərbaycan AŞPA-nın komitə iclasında təmsil olunacaq


Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 4-dən iyunun 6-na kimi Serbiyanın paytaxtı Belqrada səfər edəcək.

Trend-in məlumatına görə, millət vəkili iclasda çıxış edərək fikirlərini səsləndirəcək.

S.Qafarova iyunun 6-dan 8-nə kimi isə Parisdə səfərdə olacaq. O, Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyi ilə əlaqədar ölkəmizdə qadın hərəkatına, qadın hüquqlarının tarixinə və perspektivlərinə həsr olunmuş elmi konfransda iştirak edəcək.




SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18