2019-06-03 17:16:09   |   290 dəfə oxunub

“İrəvan birbaşa Minsk Qrupunun apardığı danışıqlar formatını sabotaj edir


"Ermənistan tərəfinin işğalçı siyasəti davam etdirməsi regionda real sülh imkanlarına zərbə vurur”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Analitik bildirib ki, bir müddətdir danışıqlar aparılsa da, erməni tərəfinin qəsdən ordumuzun zabitini şəhid etməsi İrəvanın danışıqlarda maraqlı olmadığını göstərir:

"Düşmənin təxribatı regionda səfərdə olan ATƏT-in Minsk Qrupuna qarşı etinasızlıq və saymamazlıqdır. Deməli, rəsmi İrəvan birbaşa Minsk Qrupunun apardığı danışıqlar formatını sabotaj edir. Yaşanmış insidentə həmsədrlər dərhal və ciddu şəkildə reaksiya bildirməli idi. Vasitəçilər Ermənistanın beynəlxalq hüquq normalarını pozduğunu açıq şəkildə elan etməli idilər. Təəssüf ki, bunun şahidi olmuruq. 

Hesab edirəm ki, aparılan danışıqlar prosesi bundan sonra nəinki hansısa ciddi nəticə, heç kiçik pozitiv imkanlara belə gətirib çıxarmayacaq. Rəsmi İrəvan birbaşa Kremldən asılı olduğu üçün danışıqlar prosesini Moskva ilə birgə koordinasiya edir. Forpost dövlətlə nəyisə müzakirə aparmaq mənasızdır”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-15