2019-06-04 14:56:20   |   538 dəfə oxunub

Ev almaq istəyənlərin NƏZƏRİNƏ: “Qiymət dinamikasında dəyişiklik var !”



"Mənzil bazarında canlanma var”.

Bunu "Sherg.az”a mənzil bazarındakı vəziyyəti dəyərləndirərkən ekspert Nüsrət İbrahimov bildirib.
Onun qənaətincə, hər zaman olduğu kimi bu il də mənzil bazarının qiymət dinamikasında müəyyən dəyişiklik var:

"2019-cu ilin yanvar ayından bu vaxta qədər mənzillərin qiymətində 5-6 faiz artım müşahidə olunur. Amma yenə də bazarda sabitlik hökm sürür. 

Həmçinin məzil bazarında tələb indeksində də müəyyən canlanma müşahidə var. İlin əvvəlində tələb dinamikası stabil olsa da, son aylar bu sahədə də artım gözə dəyir”.

N.İbrahimov onu da söyləyib ki, hazırda kirayə mənzil bazarında köhnə tiklilərin sökülməsindən dolayı yüksək tələb dinamikası müşahidə edilir:

"Bu da insanlar arasında xoş qarşılanmır. Lakin mövbəti həftələrdə bazar tənzilmlənəcək. Yəni, bütün problemlər birdən həll olunmur. Bunun üçün də vaxt lazımdır. 

Çünki bazarı ya insanlar tənzimləyir, ya da özü-özünü tənzimləyir. Nəticə etibarı ilə bunlardan biri olacaq. Təbii ki, bu yüksək qiymət tendensiyası uzun müddət davam etməyəcək”.

Kənan Eynuroğlu





SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19