2019-06-04 15:32:07   |   326 dəfə oxunub

"...Müqəddəs Ramazan bayramı iyunun 5-nə təsadüf edir” - İlahiyyatçı-alim



"Bayramla bağlı söz-söhbət hər il meydana gəlir və ictimailəşir”

Bunu "Sherg.az”a açıqlamasında ilahiyyatçı-alim Hacı Atif İsmayılov deyib.

Ramazan bayramı ilə bağlı anlaşmazlığa münasibət bildirən ekspertin fikrincə, mübarək ayın hökmü şəri və dini mövzü olduğu üçün Ramazan İslama xas bayram hesab edilir. Ona görə də mütləq mənada islam dininin rəyi və buyruğu üstün sayılmalıdır:

"Bu səbəbdən dini hökmlər və fətvalar üzrə Qafqaz Müsəlmanlar İdarəsinin din prinsipinə əsaslanan tövsiyələri əsas götürülür. Hicri-qəməri təqvimində ayın başlanğıcı səmadakı Ayın görülməsi və ya "doğulması” ilə ölçülür. Dəqiq hesablamalar göstərir ki, müqəddəs Ramazan bayramı sabaha, yəni iyunun 5-nə təsadüf edir. 

Daha yaxşı olar ki, cəmiyyət bu kimi məsələlərdə müvafiq dini qurumlara tabe olsunlar. Allah tutulan orucları və bütün ibadətləri qəbul etsin. Cəmiyətimizə bu mübarək Ramazan ayının bərəkətindən istifadə etməyi nəsib etsin”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18