2019-06-05 15:06:23   |   180 dəfə oxunub

Erməni lobbisinin Fransadakı avantürasının qarşısı alınır

Məhəmməd Əsədullazadə: “Rəsmi Bakının Parislə dıx diplomatik əlaqələrini nəzərə alsaq, erməni lobbisinin bu kimi təxribatçı siyasətinin qarşısını ala bilərik”




Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv edib.

Məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb.

İşlə bağlı məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb, mayın 29-da başa çatıb.

Qeyd edək ki, bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Həmin vaxt Azərbaycan tərəfi separatçı rejimin Dağlıq Qarabağı və ətraf yeddi rayonun işğalını legitimləşdirmək cəhdlərinə dair məsələnin həlli ilə bağlı Fransa məhkəməsinə müraciət etmişdi.

Bəzi eksperlər hesab edir ki, Fransa Femidasının bu ədalətli qərarı belə bir əminlik yaradır ki, məhkəmələr Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində yaratdığı rejimin bağladığı digər belə qeyri-qanuni xartiyaları da ləğv edəcək.

Qərarı şərh edən politoloq Məhəmməd Əsədullazadə "Sherg.az”a söyləyib ki, Fransa Minsk qrupunun həmsədri olmağına baxmayaraq Azərbaycanın işğal olunmuş ərazisində ermənilərin qondarma rejiminin bu ölkədə fəaliyyətinə yaşıl işıq yandırıb. Ermənistanla ikitərəfli əlaqələr zəminində bu kimi proseslərin şahidi olmuşuq:

"Təbii ki, Fransada erməni lobbisinun fəaliyyəti də separatçılarla bu ölkənin şəhər bələdiyyələri arasında qanunsuz müqavilələr bağlanır. Rəsmi Bakının Parislə dıx diplomatik əlaqələrini nəzərə alsaq, erməni lobbisinin bu kimi təxribatçı siyasətinin qarşısını ala bilərik. Arnuvill şəhəri ilə Xocavənd şəhəri arasında dostluq xartiyasının ləğvi digər dostluq müqaviləsi olan separatçılar üçün presedent ola bilər. Bu istiqamətdə aparılan siyasət bunun qarşısını aldı. Fransada səfirliyimizdə bu işlərdə fəal olmalı, yerli şəhər bələdiyyələrlə sıx əlaqələr qurmalıdır. Diplomatik əlaqələrimiz inkişaf etdirdikcə erməni lobbisinin Fransadakı avantürasının qarşısını ala bilərik.

Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18