2019-06-06 10:40:33   |   119 dəfə oxunub

Cəlilabadda avtomobil azyaşlını vurdu


Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sherg.az” Report-a istinadən xəbər verir ki, hadisə Ocaqlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2012-ci il təvəllüdlü Nəzərov Yusif Çingiz oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.




SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18