2019-06-06 12:30:14   |   259 dəfə oxunub

Dünya Bankı Azərbaycan üzrə proqnozu yüksəltdi


Dünya Bankı 2020-2021-ci illər üzrə Azərbaycan iqtisadiyyatının artım proqnozunu yüksəldib.

Oxu.Az xəbər verir ki, bu barədə bankın "Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı hesabatında deyilir.

Gələn il Dünya Bankı ÜDM-in 3,5 faiz artımını proqnozlaşdırır (yanvar ayının hesabatı ilə müqayisədə 0,2 faiz artım). 2021-ci ildə isə ÜDM artımının 3,7 faiz olacağı gözlənilir.

Bankın proqnozlarına əsasən, bu il Azərbaycan iqtisadiyyatında artım 3,3 faiz olmalıdır.

Bankın analitikləri qeyd edirlər ki, iqtisadiyyat Cənub Qaz Dəhlizi ilə Avropaya qaz nəqli fonunda genişlənəcək.

Vurğulanır ki, sözügedən illərdə Azərbaycan iqtisadiyyatının artım tempi Avropa və Orta Asiya regionunda xammal ixrac edən ölkələrin müvafiq göstəricilərindən yüksəkdir.




SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19